Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Davudoğlunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Prezidenti Abdullah Gülün salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı gedən proseslər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.