Azərbaycan - Bolqarıstan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir
Prezident İlham Əliyev oktyabrın 22-də Bolqarıstanın xarici işlər naziri xanım Rumyana Jelevanı qəbul edib. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu qeyd edildi və münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən XXI görüşünün əhəmiyyəti vurğulandı və bu görüşün ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.