PDF Oxu

Siyasət

  • 15

Prezident bir sıra Sərəncamlar imzalayıb

Prezident bir sıra Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılmasını, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu yaradılması barədə Sərəncam imzalayıb. Prezidentin Sərəncamında deyilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılması və maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
***
Prezidentin digər bir Sərəncamına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətini təmin etmək məqsədi ilə Babayev Elçin Səfəralı oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Digər xəbərlər