Prezidentin mətbuat xidmətinin məlumatı
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Türkiyə-Ermənistan münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə Prezidenti Abdullah Gül bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mümkün deyildir. Dövlətimizin başçısı bu mövqeyə görə minnətdarlığını bildirib.