PDF Oxu

Siyasət

  • 14

Prezident başsağlığı məktubu göndərib

Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ölkənizdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq. Biz bu hadisədən son dərəcə hiddətlənir, bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"

Digər xəbərlər