Prezidentə təbrik məktubları gəlməkdədir
Azərbaycanın Müstəqillik Günü münasibətilə bir sıra ölkələrin dövlət və hökumət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Polkovnik Müəmmər əl-Qəzzafi, Omanın Sultanı Qabus bin Səid Prezident İlham Əliyevə göndərdikləri təbrik məktublarında ölkə Prezidenti başda olmaqla Azərbaycan dövlətinə və xalqına ən xoş arzularını ifadə ediblər.