Azərbaycan Prezidenti İlham Əliyev Kişinyovda MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak edib
Oktyabrın 9-da Kişinyovda MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclas iştirakçıları rəsmi foto çəkdirmişlər.
Sonra MDB Dövlət Başçıları Şurasının qapalı və geniş tərkibdə iclasları keçirilib.