Prezidentin mətbuat xidmətinin məlumatı
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putinə telefonla zəng edib. Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.