PDF Oxu

Siyasət

  • 8

Bu ilin sentyabr ayı ərzində ölkədə iki mina hadisəsi qeydə alınıb

Bu ilin sentyabr ayı ərzində ölkədə iki mina hadisəsi qeydə alınıb
"2009-cu ilin sentyabr ayı ərzində 2,710,014 kvadrat metr ərazi yoxlanılıb və mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 10,900 PHS və mina aşkar edilərək zərərsizləşdirilib". Bu barədə məlumat SİA-ya Azərbaycan ərazilərinin Minadan Təmizləmə üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən daxil olub. Məlumata görə, əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir, həmçinin əməliyyatlarda 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir. Bu ilin sentyabr ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.
Qeyd edək ki, ANAMA tərəfindən indiyə kimi cəmi 112,975,482 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 488,507-dir. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.

Digər xəbərlər