PDF Oxu

Siyasət

  • 12

Azərbaycan Xarici İşlər Nazirliyim İran səfirinə rəsmi nota verdi

Azərbaycan Xarici İşlər Nazirliyim İran səfirinə rəsmi nota verdi
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə səfir M.Bəhramiyə bildirilib ki, İran İslam Respublikasının rəsmi qurumu olan Radio və Televiziya Təşkilatının və bu təşkilata məxsus "Səhər" televiziya kanalının müvafiq internet saytlarında 2009-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının daxili və xarici siyasəti ilə bağlı videoçarx və məqalə yerləşdirilib. İran diplomatının nəzərinə çatdırılıb ki, bu materiallarda Azərbaycan Respublikasının dövlət siyasəti məqsədyönlü şəkildə təhrif olunmuş, milli dövlət bayrağı kobudcasına təhqir edilmiş, həmçinin Azərbaycan Respublikası Hökumətinin və Milli Məclisinin üzvlərinə və digər dövlət məmurlarına qarşı böhtan xarakterli ittihamlar yer almışdır.
Nazir müavini V.Sadıqov belə qərəzli materialların İranın rəsmi kütləvi informasiya vasitələrində yayımlanmasının Azərbaycan tərəfində ciddi narahatlığa səbəb olduğunu vurğulayaraq, eyni xarakterli materialların İranın rəsmi mətbu orqanlarında əvvəllər də yer aldığını və bununla bağlı Azərbaycan tərəfinin dəfələrlə narahatlığını bildirdiyini bildirib. Son zamanlar isə Azərbaycan Respublikasına qarşı qərəzli veriliş və yazılarda təhqir və böhtanların sayının artaraq öz həddini aşması səfirin diqqətinə çatdırılıb. Qeyd olunan məsələlərin iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə biləcəyini vurğulayan V.Sadıqov, İranın rəsmi qurumlarının yolverilməz hərəkətlərinə Azərbaycan tərəfinin qəti etirazını bildirərək, bu hərəkətlərin səbəblərinin araşdırılmasına və nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasına, eləcə də belə halların qarşısının alınması və təkrar olunmaması istiqamətində İranın müvafiq addımlar atacağına israrla təkid edib. Sonra səfir Məmmədbaqir Bəhramiyə Azərbaycan Xarici İşlər Nazirliyinin eyni mövzulu rəsmi notası verilib.
Səfir görüş və müvafiq nota barədə İran tərəfini məlumatlandıracağını deyib.

Digər xəbərlər