Artur Rasizadə General Tariq Məcidlə görüşüb
Azərbaycan hökumətinin başçısı dost və qardaş Pakistanla əlaqələrin son illərdə fəal inkişaf etdiyini vurğulayaraq, bu ölkənin rəhbərliyinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə dəstəklədiyinə görə təşəkkürünü bildirib. Baş nazir iqtisadi əlaqələrin genişləndirilməsinn zəruri olmasını qeyd edərək əmin olduğunu bildirib ki, Pakistan nümayəndə heyətinin Bakıda, Müdafiə Nazirliyində və Müdafiə Sənayesi Nazirliyində apardığı danışıqlar hərbi quruculuq sahəsində əməkdaşlığın inkişafına stimul yaradacaq.
General Tariq Məcid Pakistanın Baş nazirinin salamlarını və qardaş Azərbaycan xalqına firavanlıq arzularını Artur Rasizadəyə çatdırıb. Pakistan nümayəndə heyətinin rəhbəri ölkəsinin Azərbaycan ilə əlaqələri dərinləşdirməkdə maraqlı olmasını qeyd edib.