PDF Oxu

Siyasət

  • 14

Azərbaycan və Pakistan arasında tərəfdaşlıq genişlənir

Azərbaycan və Pakistan arasında tərəfdaşlıq genişlənir
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, Azərbaycan ilə Pakistanın yaxın tərəfdaş və müttəfiq ölkələr olduğunu vurğuladı. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da bütün istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində genişlənəcəyinə ümidvar olduğunu qeyd etdi. Dövlətimizin başçısı Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sədrinin ölkəmizə səfərinin münasibətlərimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Digər xəbərlər