Azərbaycanla Dünya Bankı arasında səmərəli əməkdaşlıq davam edir
Prezident İlham Əliyev oktyabrın 1-də Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Davamlı İnkişaf Sektorunun direktoru Piter Tomsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.