Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Ölkə Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında, "Azərbaycan Respublikası Baş Prokurorluğu strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 745 nömrəli Sərəncamına əlavə edilməsi barədə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.