PDF Oxu

Siyasət

  • 9

İnsan hüquqlarına dair məlumat kitabı işıq üzü görüb

İnsan hüquqlarına dair məlumat kitabı işıq üzü görüb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant vəsaiti hesabına Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfindən "Hüquq mühafizə orqanı əməkdaşının insan hüquqlarına dair məlumat kitabı" nəşr edilib. Kitabın nəşri hüquq mühafizə orqanları əməkdaşlarının insan hüquqları sahəsində biliklərinin dərinləşdirilməsi, insan hüquqlarının təminatına daha diqqətlə yanaşılması məqsədi daşıyır. Eyni zamanda, bu nəşr hüquq mühafizə sahəsində çalışan insanlara etik davranış qaydalarının aşılanmasında, onların professional səviyyələrinin yüksəldilməsində, hüquqşünas peşəsinin nüfuzunun artırılmasında da əhəmiyyətli vasitədir. 600 səhifəlik kitabda insan hüquqları sahəsində Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının qəbul etdiyi sənədlər, Azərbaycan Respublikasının normativ hüquqi aktları da yer alıb.

Digər xəbərlər