Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli xanım Federal Kansler, Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz partiyanın inamlı qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Almaniya dövlətlərarası münasibətləri, dostluq əlaqələrimiz, bir çox sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək və möhkəmlənəcəkdir. Sizə cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm."