PDF Oxu

Siyasət

  • 8

İnformal təhsil alanların 62 faizi KİV-in köməyindən istifadə edib

İnformal təhsil alanların 62 faizi KİV-in köməyindən istifadə edib
Son bir ildə informal təhsil alanların 62 faizi kütləvi informasiya vasitələrinin köməyindən istifadə edib. Dövlət Statistika Komitəsi tərəfindən aparılan "Əhalinin fasiləsiz təhsildə iştirakına dair" birdəfəlik seçmə statistik araşdırmanın nəticələrinə görə, sorğu olunan əhalinin 71,2 faizi informal təhsildə iştirak edib. İnformal təhsil alanların 62 faizi kütləvi informasiya vasitələrinin, 23,7 faizi kompyuterin, 2,8 faizi videomaqnitofon və DVD-nin köməyindən istifadə edir, 8,9 faizi ailə üzvləri, dostları və həmkarları ilə biliklərini bölüşdürür, 2,6 faizi təhsil mərkəzlərini, kitabxanaları, mədəniyyət ocaqlarını, muzeyləri, milli və təbii qoruqları gəzməklə öz biliklərini zənginləşdirir. Bu təhsil növündən istifadə edənlərin 85,2 faizi 25-39 yaşlı şəxslərdir. Məlumat üçün bildirək ki, informal təhsil - təhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Bütün ölkəni əhatə edən sorğuda 33 min 486 nəfər (25-64 yaşlı şəxslər) iştirak edib.

Digər xəbərlər