Prezident Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə, X.A.Xələfova "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adının verilməsi haqqında, Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında, "Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına dəyişiklik və əlavə edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.