Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Yaponiyanın Baş naziri Yukio Hatoyamaya təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Baş nazir, Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələri, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."