Azərbaycan - Gürcüstan münasibətləri yüksək səviyyədədir
Prezident İlham Əliyev sentyabrın 15-də Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin ayrı-ayrı istiqamətlərdə inkişaf etdiyi vurğulandı, münasibətlərin genişlənməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi, Gürcüstanın xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.
Dövlətimizin başçısı Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş etdi. Avropa İttifaqı ölkəmizlə əməkdaşlığa böyük önəm verir