PDF Oxu

Siyasət

  • 9

Prezident İlham Əliyev təbrik məktubları göndərib

Prezident İlham Əliyev təbrik məktubları göndərib
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona bu ölkənin Milli bayramı - müstəqillik günü ilə əlaqədar təbrik məktubu göndərib. Ölkə Prezidentinin məktubunda deyilir: "Hörmətli Emoməli Şərifoviç, Tacikistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Tacikistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin hərtərəfli genişləndirilməsi istiqamətində qarşılıqlı səylərimiz, həmçinin xalqlarımızın rifahına, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və tərəqqi arzulayıram."
***
Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Dövlət Müdafiə Komitəsinin sədri Kim Çen İrə təbrik məktubu gönədrib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Sədr, Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram."

Digər xəbərlər