Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti Gyorge İvanova başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, Ohrid gölündə baş vermiş gəmi qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm."