Prezident başsağlığı məktubu göndərib
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanova başsağlığı məktubu göndərib. Prezidentin məktubunda deyilir:"Hörmətli cənab Prezident, Makedoniyanın Ohrid gölündə gəzinti gəmisinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Bolqarıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm."