Prezident bir sıra Fərman və Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev 2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında, 2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında, "Azərbaycan Respublikası mənzil məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə, M.C.Əhmədzadənin Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə, H.Q.Sarıyevin Ağdam rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında, N.Y.Sadıqovun Ağdam rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında, M.C.Əhmədzadənin Qax rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında, T.N.Quliyevin Qax rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Fərman və Sərəncamlar imzalayıb.