PDF Oxu

Siyasət

  • 8

Prezident təbrik məktubları göndərib

Prezident təbrik məktubları göndərib

Prezident İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizə təbrik məktubu göndərib. Prezidentin təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Mavritaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."

***

Prezident İlham Əliyev Liviya inqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Müəmmər Əl-Qəzzafiyə bu ölkənin Milli bayramı münasibəti ilə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Zati-aliləri, Liviyanın milli bayramı - Böyük inqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Liviya arasındakı dostluq münasibətləri əməkdaşlığımızın inkişaf etdirilməsi, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi üçün daim möhkəm təməl olacaqdır. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Liviya xalqına sülh və rifah diləyirəm."

***

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviçə təbrik məktubu göndərib. Dövlət başçısının məktubunda deyilir: "Hörmətli cənab Prezident, milli bayramınız - Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı maraqlarımıza uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və rifah arzulayıram."

***

Ölkə Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: "Hörmətli İslam Abduqəniyeviç,
Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Özbəkistan dostluğunun, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə, hörmətli İslam Abduqəniyeviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram."

Digər xəbərlər