PDF Oxu

Siyasət

  • 11

Prezident bir sıra Sərəncam və Fərmanlar imzalayıb

Prezident bir sıra Sərəncam və Fərmanlar imzalayıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanununda dəyişikliklər və əlavələr haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına və sərəncamına dəyişikliklər və əlavələr edilməsi və "Qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərin, hərbi hissələrin, hərbi qurumların və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslərin uçotunun aparılması qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə, Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə Rza Muxtar oğlu Avşarova "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adının verilməsi barədə və "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" ictimai birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında Sərəncam və Fərmanlar imzalayıb.

Digər xəbərlər