PDF Oxu

Siyasət

  • 9

PREZİDENT İLHAM ƏLİYEV BİR SIRA SƏRƏNCAMLAR İMZALAYIB

PREZİDENT İLHAM ƏLİYEV BİR SIRA SƏRƏNCAMLAR İMZALAYIB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında","Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarından ötrü test nümunələrinin hazırlanması və qəbul edilməsi Qaydalarının təsdiq edilməsi barədə","Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə","Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncamlar imzalayıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.Həmçinin Prezident Azərbaycan Respublikası və Latviya Respublikası arasında 2009-cu il avqustun 10-da Bakı şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında, Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası arasında 2009-cu il iyulun 8-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlərin təsdiq edilməsi haqqında, 2009-cu il iyulun 2-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Təhlükəsizlik Şurası və Polşa Respublikası Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün Əməkdaşlıq Cədvəli"nin təsdiq edilməsi haqqında və 2005-ci il noyabrın 25-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gənclərlə iş sahəsində əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi haqqında sərəncamlar imzalayıb.

Digər xəbərlər