Türkiyənin Baş naziri Azərbaycan Prezidentinə telefonla zəng etmişdir
Dünən Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Dövlətimizin başçısı və Türkiyə Respublikasının Baş naziri Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə inkişafından və əlaqələrin daha da möhkəmlənməsindən məmnunluq ifadə etmişlər.
Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı proseslər, regional münasibətlərlə əlaqədar vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.