Prezident İlham Əliyev Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev avqustun 27-də ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika sahəsində əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.