PDF Oxu

Siyasət

  • 9

Prezident İlham Əliyev İsrail dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Lavon - Lotemin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev İsrail dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Lavon - Lotemin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev avqustun 26-da İsrail dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon-Lotemin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin önündən keçdi. Mixael Lavon-Lotem etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin səviyyəsindən razılıq ifadə edildi, ölkələrimizin iqtisadi, ticari, səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, həmin sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulandı.

Digər xəbərlər