Azərbaycanla Avropa Komissiyası arasında əlaqələr uğurla inkişaf edir
Prezident İlham Əliyev avqustun 26-da Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi Alan Vaddamsı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, Praqa sammitinin münasibətlərin möhkəmlənməsinə müsbət təsiri qeyd olundu və əlaqələrimizin gələcəkdə də tərəqqi edəcəyinə əminlik bildirildi. Dövlətimizin başçısı Alan Vaddamsın Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini vurğulayaraq, gələcək fəaliyyətində ona uğurlar arzuladı.