Təhsil müəssisələri əsaslı təmir olunur
Təhsil Nazirliyindən bildiriblər ki, hazırda "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq dörd məktəb binasının əsaslı təmiri, üç yeni məktəb binasının və bir məktəbin 440 şagird yerlik 22 əlavə sinif otağının tikintisi həyata keçirilir. Bundan başqa, dövlət büdcəsindən təhsil sahəsinə mərkəzləşdirilmiş qaydada ayrılan vəsait hesabına 11 tədris müəssisəsi əsaslı təmir olunur.