PDF Oxu

Siyasət

  • 13

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Macarıstan Respublikasının Prezidenti Laslo Şoyoma bu ölkənin Milli bayramı günü münasibəti ilə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Macarıstanın milli bayramı - Müqəddəs İştvan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Macarıstan əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dost ölkələrimiz arasında ikitərəfli münasibətləri bütün sahələrdə inkişaf etdirmək, Avropa strukturları çərçivəsində əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da qarşılıqlı səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına sülh və tərəqqi arzulayıram."

Digər xəbərlər