Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti xanım Pratibha Devisinqh Patilə bu ölkənin müstəqillik bayramı münasibəti ilə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir:
"Hörmətli xanım Prezident, Hindistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm."