Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubu göndərib. Prezidentin təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Pakistan dostluğu və əməkdaşlığının xoş ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".