PDF Oxu

Siyasət

  • 9

Azərbaycan - Almaniya iqtisadi tərəfdaşlığı uğurla davam edir

Azərbaycan - Almaniya iqtisadi tərəfdaşlığı uğurla davam edir
Prezident İlham Əliyev Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingeri qəbul edib.
Prezident İlham Əliyev avqustun 12-də Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev həm siyasi, həm də iqtisadi sahələrdə əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Baden-Vürtemberq federal torpağının Baş nazirinin böyük tərkibdə nümayəndə heyəti ilə Azərbaycana səfəri səmərəli olacaq və Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcək. İki il əvvəl Berlində Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan Günter Oettinger siyasət, iqtisadiyyat, mədəniyyət və digər sahələri təmsil edən rəsmilərdən ibarət nümayəndə heyəti ilə Azərbaycana gəldiyini deyərək, ölkəmizə bundan sonra da inkişaf perspektivləri arzuladı.

Digər xəbərlər