Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri avqustun 5-də başa çatıb. Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər böyük ehtiramla yola saldılar.