Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Hans - Rudolf Mertsə təbrik məktubu göndərib. Prezitdentin məktubunda deyilir: "Hörmətli cənab Prezident, İsveçrənin milli bayramı - Konfederasiyanın yaranması günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Biz Azərbaycan-İsveçrə münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına əmin-amanlıq və firavanlıq arzulayıram