Prezident təbrik məktubları göndərib
Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya təbrik məktubu göndərib. Prezidentin təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident, İndoneziya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, dost ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişləndirilməsi sahəsində səylərimizi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxlik, dost İndoneziya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm."
Prezident İlham Əliyev həmçinin Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyevə də təbrik məktubu göndərib. Prezidentin təbrik məktubunda deyilir:
"Hörmətli Kurmanbek Saliyeviç, Qırğızıstan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Qırğızıstan dostluğunun möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Qırğızıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm."