PDF Oxu

Siyasət

  • 7

Azərbaycan NATO standartlarına uyğun hərbi qüdrətə malikdir

Azərbaycan NATO standartlarına uyğun hərbi qüdrətə malikdir
"Azərbaycan dövlətinin, Prezidetinin, o cümlədən, Ali Baş Komandanın çox işləri var. Ancaq bizim dövlətimiz üçün, mənim üçün, Azərbaycan Respublikasının Ali Baş Komandanı üçün ordu ilə, Silahlı Qüvvələrlə əlaqədar olan işlər hər şeydən vacib, hər şeydən əhəmiyyətlidir"- deyən İlham Əliyev hərbi qüdrətimizin artmasının dövlətin əsas prioritetlərindən biri olduğunu bir daha təsdiq edir.
Son illərdə nizami ordunun formalaşması üçün aparılan islahatları gündəlik işi və dövlət siyasətinin əsas parametrlərindən hesab edən Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bildirdi ki, ildən-ilə güclənən iqtisadi potensialımız hesabına bu sahəyə daha çox diqqət yetirilir.
"Ordu quruculuğu məsələlərinə ənənəvi olaraq diqqətimizi əsirgəmirik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda, ilk növbədə, bu məsələlərə ən böyük diqqət göstərilməlidir. Keçən ay ordu günü ərəfəsində keçirilmiş genişmiqyaslı hərbi təlimlər bir daha bizim gücümüzü göstərdi. Keçən il biz hərbi parad keçirməklə öz hərbi texnikamızı nümayiş etdirdik, bu il öz döyüş qabiliyyətimizi nümayiş etdirdik. Mən çox şadam ki, bu gün Azərbaycan ordusunun vəziyyəti elədir ki, qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilər. Bizim bütün səylərimiz bir məqsədə xidmət edir- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın" deyə dövlət başçısı qeyd edib.
Ölkə rəhbəri bildirib ki, "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar davam edir, danışıqlarda bizim mövqeyimiz birmənalıdır, dəyişməzdir. Bizim mövqeyimiz bütün beynəlxalq normalara əsaslanır və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar əsasında qurulubdur və məsələ bu hüquqi müstəvidə öz həllini tapa bilər". Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, zəbt olunmuş bütün torpaqlar işğalçılardan azad edilməlidir deyə Prezident vurğulayıb ki, Dağlıq Qarabağdakı insanlar və oraya qayıdacaq azərbaycanlılar muxtariyyət şəraitində yaşamalıdırlar.
"Budur bizim prinsipial mövqeyimiz və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq hüquq normalarına əsaslanır. Ümid edirəm ki, əgər Ermənistan tərəfi real vəziyyəti nəzərə alsa və Azərbaycanın artan imkanlarını,- həm hərbi, həm iqtisadi, həm siyasi, həm diplomatik uğurlarını,- təhlil edərək nəzərə alsa, məsələ tezliklə öz həllini tapa bilər. Biz, əlbəttə, çox istəyirik və çalışırıq ki, nə qədər mümkünsə, məsələ tez öz həllini tapsın ki, bizim vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilsinlər. Ancaq bu razılaşma birinci növbədə ədalətli olmalıdır, ikinci növbədə, beynəlxalq normalara əsaslanmalıdır və Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edilməlidir. Hesab edirəm ki, danışıqlar masasında mövcud olan təkliflər bu məsələni dediyim şəkildə həll edə bilər".
Dövlət başçısı növbəti 6 ayda da səmərəli iş davam etdirilməlidir. "Azərbaycan həm iqtisadi sahədə, həm də beynəlxalq müstəvidə öz mövqelərini möhkəmləndirməlidir. Biz artıq uzun illərdir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilirik, beynəlxalq təşkilatlarla əməkdaşlığımız uğurludur və qarşılıqlı maraqlar üzərində qurulubdur. Biz bütün ölkələrlə münasibətlərimizi qarşılıqlı maraqlar, qarşılıqlı hörmət, bir-birimizin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq və əminəm ki, bu, beynəlxalq əlaqələrdə yeganə mümkün olan prinsipdir"-ölkə başçısı qeyd edib.
2003-cü ildə hərbi xərclərə ayrılan 135 milyon dollarla 2009-ci ildə bu sahəyə yönəldilmiş 2 milyard dollardan artıq vəsaiti müqayisə etməklə fərqi aydın görmək olar. Yəni, son 6 ildə hərbi sahəyə ayrılan vəsait 15 dəfə artırılıb. Başqa sözlə deyilsə, Azərbaycanın 15 milyard dollara çatan dövlət büdcəsində hərbi xərclərə ayrılan pay birinci yerdə dayanır.
Bu isə ordunun güclənməsinə, möhkəmlənməsinə stimul yaradır. Bu müqayisə bir növ Prezident İlham Əliyevin 3 il bundan əvvəl dediklərinin təsdiqidir: "Mən bəyan etmişəm ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın ümumi dövlət büdcəsi qədər olacaq."
Göründüyü kimi, bütün vədlərində reallığa əsaslanan dövlət başçısı bu sahədə də sözünün sahibidir. Hazırda ölkəmizdə hərbi xərclər üçün ayrılan vəsaitin həcmi Ermənistanın bütünlükdə dövlət büdcəsinə bərabərdir. Yaxın illərdə isə ölkəmizdə ordu quruculuğu üçün ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən bir neçə dəfə artıq olacaq.
Daha böyük işlər barədəki proqnozlar isə ölkənin gələcək qüdrətindən xəbər verir. Müharibə şəraitində yaşamağımızı nəzərə alsaq, paritetləri aydın müəyyənləşdirə bilərik. İstənilən qədər yüksək olan iqtisadi və maliyyə imkanlarımız hesabına Müdafiə Sənayesi Nazirliyinin yaradılması belə tədbirlərdəndir. Nazirliyin təşkili ilə lazımi avadanlıq, silah-sursat istehsalına başlanılması, o deməkdir ki, Azərbaycan öz siyasətini proqram üzrə aparır.
Qarşıdakı illərdə daha böyük vəsait ayırmaqla Azərbaycanda çox güclü hərbi-sənaye kompleksi yaradılacaq. Zəngin təbii sərvətlərdən istifadə etməklə müdafiə sənayesinin inkişafını sürətləndirmək üçün ölkəmizdə istənilən qədər iqtisadi imkan və ixtisaslı kadr potensialı vardır.
Silahlı Qüvvələr sahəsindəki təhsil sistemi NATO standartları səviyyəsindədir. Ali təhsil ocaqlarında müasir hərb elminin prinsiplərinə uyğun zabit kadrları yetişir. NATO-nun sülhməramlı qüvvələri tərkibində münaqişə ocaqlarında asayişin keşiyində dayanan əsgərlərimiz haqqında yalnız müsbət rəylər bildirilir.
Beynəlxalq səviyyəli hərbi ekspertlər təsdiq edirlər ki, Azərbaycanda ordu quruculuğu istiqamətində aparılan islahatlar dünya standartlarına tam cavab verir. Hazırda sərhədlərimizin etibarlı müdafiəsi üçün ən müasir texnologiyalar əsasında hazırlanmış, təkmil qurğulardan istifadə olunur. Görülən tədbirlər barədə ümumi qənaət isə budur: ölkədə ordu quruculuğu Azərbaycanın dövlət siyasətinə uyğun həyata keçirilir.
Ali Baş Komandan İlham Əliyev "Ərazi bütövlüyümüzün bərpası başlıca şərtdir" söyləməklə əsgər və zabitlərimizin məsuliyyətini ikiqat artırır. Artıq torpaqlarımızı erməni işğalından azad edə biləcək, hər an Ali Baş Komandanın əmrini yerinə yetirəcək hazırlıqlı, mükəmməl, nizami ordumuz var.
"Sülh danışıqları əbədi davam etdirilə bilməz" söyləyən dövlət başçımız torpaqlarımızın işğaldan azad olunmasının digər variantının da mümkünlüyünü bəyan edərkən, məhz bu amilə üstünlük verir. Qələbəmizin labüdlüyünü qətiyyətlə bildirən dövlət başçımızın qeyd etdiyi kimi, əgər dün
ya birliyi 1990-cı ilin ortalarında- o vaxt Azərbaycan iqtisadi və siyasi cəhətdən o qədər də güclü deyildi- "Dağlıq Qarabağ"ın müstəqilliyini tanımayıblarsa, bugünkü vəziyyətdə, Azərbaycanın güclü dövlət olduğu dövrdə heç də bunu tanımayacaqlar. Belə ki , torpaqlarını güc vasitəsi ilə azad etməsi üçün Azərbaycanın tam hüquqi əsası və hərbi qudrəti vardır. İmkanlar isə tükənən deyil.
Neft-qaz, enerji layihələrindən əldə olunan gəlirlər, liberal iqtisadiyyatın genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün müəyyənləşdirilən islahatların uğurla davam etdirilməsi, gözəl investisiya mühitinin yaradılması maliyyə imkanlarımızı artırır.

Digər xəbərlər