PDF Oxu

Siyasət

  • 16

Azərbaycan - Çexiya əməkdaşlığı genişlənir

Azərbaycan - Çexiya əməkdaşlığı genişlənir
Prezident İlham Əliyev iyulun 23-də Çexiyanın maliyyə naziri Eduard Yanotanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan-Çexiya münasibətlərinin son vaxtlar dinamik inkişaf etdiyini, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirdi. Dövlətimizin başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu söylədi, eyni zamanda, iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev Çexiyanın maliyyə nazirinin Azərbaycana bu səfərinin iki ölkə arasında əlaqələrin daha da inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Eduard Yanota ölkəsinin Azərbaycanla münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, Çexiya ilə Azərbaycan arasında iqtisadi sahədə, o cümlədən maliyyə sektorunda əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu söylədi. O bildirdi ki, Bakıya səfərinin əsas məqsədlərindən biri bu sahədə əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparmaqdır.

Digər xəbərlər