PDF Oxu

Siyasət

  • 14

Prezident bir sıra Fərmanlar imzalayıb

Prezident bir sıra Fərmanlar imzalayıb
Prezident İlham Əliyev bir sıra Fərmanlar imzalayıb. Ölkə Prezidenti "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyinə verilməsi haqqında, Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsinə əlavə dəstək verilməsi barədə, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli qanununun tətbiq edilməsi haqqında, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr avə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli qanununun tətbiq edilməsi haqqında,"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli qanununun tətbiq edilməsi haqqında Fərmanlar imzalayıb.

Digər xəbərlər