PDF Oxu

Siyasət

  • 7

Prezident təbrik məktubu göndərib

Prezident təbrik məktubu göndərib
Prezident İlham Əliyev Belçikanın Kralı 2-ci Albertə təbrik məktubu göndərib. Prezidentin məktubunda deyilir: "Əlahəzrət, Ölkənizin milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Əminəm ki, Azərbaycan ilə Belçika arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli əlaqələrimizin, beynəlxalq strukturlar çərçivəsində əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülh və rifah diləyirəm."

Digər xəbərlər