Prezident Fərman və Sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycanda maşınqayırma sənayesinin inkişafındakı xidmətlərinə görə Soltan Güləli oğlu Məmmədova "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi ilə bağlı, "Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanına dəyişiklik və əlavə edilməsi haqqında, həmçinin "Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman və Sərəncam imzalayıb.