AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN BAŞ KATİBİ MARK PERRİN DE BRİŞAMBONU QƏBUL ETMİŞDİR
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Mark Perrin de Brişambonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.