PDF Oxu

Siyasət

  • 4

AZƏRBAYCAN AVROPA ÜÇÜN MÜHÜM ENERJİ TƏCHİZATÇISINA ÇEVRİLİB

AZƏRBAYCAN AVROPA ÜÇÜN MÜHÜM ENERJİ TƏCHİZATÇISINA ÇEVRİLİB
Dünən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsinin üzvləri ilə görüşmüşdür. Komitənin sədri Maykl Qeyps Azərbaycan Prezidentinin Britaniyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğuladı və dövlətimizin başçısını yenidən Lordlar palatasında görməkdən məmnun olduqlarını dedi. Maykl Qeyps Azərbaycan Prezidenti ilə görüşün ölkəmizdə və regionda gedən proseslər, beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan yaratdığını bildirdi. O, Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların önəmini vurğulayaraq, bu sahədə də əlaqələrin perspektivləri baxımından Azərbaycan Prezidentinin fikirlərini öyrənmək istədiklərini söylədi.
Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi və Azərbaycanda gedən inkişaf prosesləri barədə danışdı. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daim genişləndiyini bildirdi.
Azərbaycanla Böyük Britaniya arasında siyasi dialoqun fəal aparıldığını deyən Prezident İlham Əliyev enerji və təhlükəsizlik, antiterror koalisiyasında iştirak və digər sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğuladı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan və perspektivlərindən danışan dövlətimizin başçısı dedi ki, Azərbaycan Avropa üçün mühüm enerji təchizatçısına çevrilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə də məlumat verdi.

Digər xəbərlər