AZƏRBAYCAN PREZİDENTİ BÖYÜK BRİTANİYANIN ENERGETİKA VƏ ƏTRAF MÜHİT MƏSƏLƏLƏRİ ÜZRƏ DÖVLƏT KATİBİ İLƏ GÖRÜŞMÜŞDÜR
Dünən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın energetika və ətraf mühit məsələləri üzrə dövlət katibi Ed Milibənd ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edildi.
Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfəri çərçivəsində Dövlət Neft Şirkəti ilə bp arasında sənədin imzalanması iki ölkənin energetika sahəsində əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu və işbirliyi üçün yaxşı perspektivlərin mövcudluğunu nümayiş etdirir.
Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.