PREZİDENT İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİ QƏBUL ETMİŞDİR
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzəni (ABŞ), Bernar Fasyeni (Fransa), Yuri Merzlyakovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.