PDF Oxu

Siyasət

  • 6

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazıçı-alim Rudolf İvanovla görüşüb

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazıçı-alim Rudolf İvanovla görüşüb
İyulun 3-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva rusiyalı tanınmış tədqiqatçı alim və yazıçı, professor Rudolf İvanov və onun xanımı Yekaterina ilə görüşüb. Mehriban xanım Əliyeva Azərbaycanın görkəmli hərbçiləri haqqında kitabları ilə məşhur olan yazıçı və onun xanımı ilə xatirə şəkli çəkdiriblər.
Heydər Əliyev Fondunda yazıçını görməyə şad olduğunu deyən Mehriban xanım Əliyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeninə layiq görülməsi münasibətilə qonağı təbrik edib.
Yazıçının yaradıcılığının ölkəmizdə diqqətlə izlənildiyini qeyd edən Mehriban xanım Azərbaycan tarixini obyektiv araşdırdığına və bu mövzudakı sanballı əsərlərinə görə professor Rudolf İvanova təşəkkür edib. Mehriban xanım bildirib ki, yazıçının yaradıcılığı, eyni zamanda, Azərbaycan və Rusiya arasında mədəni əlaqələrə töhfədir.
Heydər Əliyev Fondunun prezidenti yazıçıya yaradıcılığında yeni uğurlar arzulayıb.
Səmimi qəbula görə təşəkkür edən yazıçı Rudolf İvanov yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıq edib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif olunmasını yaradıcılığına verilən böyük qiymət kimi qəbul etdiyini bildirib.
Yaradıcılığı haqqında məlumat verən yazıçı əsərlərinin nəşrinə göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirib. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Digər xəbərlər