Azərbaycan – Polşa tərəfdaşlığı güclənir
Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin və Polşa Prezidenti Lex Kaçinskinin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyəti vurğulandı. Polşa Prezidentinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da genişlənməsində yeni bir mərhələ olduğu qeyd edildi. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.